Prezident yol tikintisinə 9,1 milyon manat ayırdı

prezident-yol-tikintisine-91-milyon-manat-ayirdi
Oxunma sayı: 2180

Prezident İlham Əliyev “Lənkəran rayonunun Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 9,1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.