Prezident yolda görülən işlərlə tanış oldu

prezident-yolda-gorulen-islerle-tanis-oldu
Oxunma sayı: 635

Prezident İlham Əliyev bu gün Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrliyində, Dövlət Bayrağı meydanı ətrafında olan hissəsində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 8 hərəkət zolağından ibarət yolun uzunluğu 2,8 kilometr, eni isə 41,5 metr olacaq. Burada 4 yeni piyada keçid inşa olunur.

Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın Dövlət Bayrağı meydanına qədər genişləndirilməsi layihəsi çərçivəsində və meydanın özündə görülən işlərlə də tanış olub. Xatırladaq ki, 102 yaşı olan Dənizkənarı Milli Parkın genişləndirilməsi və uzadılması barədə tapşırığı prezident İlham Əliyev bu ilin martın 9-da Bakı şəhəri İcra Hakimiyyətində keçirilən müşavirədə vermişdi.