Prezident yolun tikintisinə pul ayırdı

prezident-yolun-tikintisine-pul-ayirdi
Oxunma sayı: 1530

Prezident İlham Əliyev dekabrın 14-də “Kürdəmir rayonunun Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,82 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.