Prezident yunan səfirin etimadnaməsini qəbul etdi - Foto

prezident-yunan-sefirin-etimadnamesini-qebul-etdi
Oxunma sayı: 1174

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.
 
“Qafqazinfo”nun məlumatına görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.
 
N. Kanellos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
 
Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
 
Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.