Prezident zavodun açılışını etdi - Fotolar

prezident-zavodun-acilisini-etdi-fotolar
Oxunma sayı: 667

İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, bərk məişət tullantılarının yandırılması zavodu Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Zavodun layihələndirilməsi, tikintisi Fransanın “Cnim” şirkəti tərəfindən həyata keçirilmişdir. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Diqqətə çatdırıldı ki, zavodun illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaqdır. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcəkdir. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.

Azərbaycan Prezidenti müəssisəni işə salıb. Sonra dövlət başçısı məişət tullantılarının idarə olunması sahəsində görülmüş işlər barədə filmə baxdı.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Fransanın “Cnim” şirkətinin idarə heyətinin sədri Nikola Dmitrieff çıxış etdi.

Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzulayıb.