Prezidentdən çox xanımına inanırlar - Sorğu

prezidentden-cox-xanimina-inanirlar-sorgu
Oxunma sayı: 651

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, birinci yeri Hollivud ulduzu Tom Hanks tutub. Maraqlısı odur ki, ABŞ prezidenti Barak Obama reytinqin 65-ci yerində qərarlaşıb, onun xanımı Mişel isə 19-cu sırada yer alıb.
56 yaşlı aktyor və rejissor Tom Hanks Amerikada ən etibarlı ictimai xadim kimi tanınır və kino biznesində ən hörmətli insanlardan biridir.

Qeyd edək ki, ilk onluğa aktrisa Sandra Ballok, aktyor Denzel Vaşinqton və aktrisa Meril Streep, Stiven Splberq, “Microsoft”un banisi Bill Getis, Amerika tarixçisi Mayya Anjeli və aktrisa Culiya Roberts daxil olublar.