Prezidentdən dörd milyonluq- - Sərəncam

prezidentden-dord-milyonluq-
Oxunma sayı: 3397


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sənəddə deyilir: 

Füzuli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

***

Prezidenti İlham Əliyev  Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. 

Sənəddə deyilir:  On iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".