Prezidentdən döyüş əmri

prezidentden-doyus-emri
Oxunma sayı: 656

Trend-in məlumatına görə, bu barədə cümə günü rəsmi "KMTA" agentliyi xəbər yayıb.

Bu barədə qərar ölkənin hərbi rəhbərliyinin iştirak etdiyi fövqalədə iclasda qəbul olunub. Kim Çin In iclas zamanı əminliyini bildirib ki, hazırkı şərtlərdə "Amerikalı imperiyalistlərlə olan hesabları həll etmək vaxtı çatıb". O, həmçinin qeyd edib ki, düşmənin bazaları "bir zərbə ilə külə döndürüləcək".

Ehtimal olunur ki, KXDR bu addımı Amerika və Cənubi Koreyanın birgə hərbi təlimlərində nüvə silahı daşıya bilən strateji bombardmançı B-2 təyyarələrinin iştirakına cavab olaraq atıb.