Prezidentdən icra başçısıyla bağlı - Sərəncam

prezidentden-icra-bascisiyla-bagli
Oxunma sayı: 892

Azərbaycan Prezidenti İlham Əliyev Alı Qocayevlə bağlı sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, A.Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəsifəsində işləyir. Sabah onun 70 yaşı tamam olur.