Prezidentdən məşhur teatr tənqidçisi ilə bağlı sərəncam

prezidentden-meshur-teatr-tenqidcisi-ile-bagli-serencam
Oxunma sayı: 1850

Prezident İlham Əliyev sovet və Rusiya teatr tənqidçisi, ictimai və dövlət xadimi Mixail Şvıdkoyun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə Mixail Yefimoviç Şvıdkoy “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.