Prezidentdən nazirlərə - - tapşırıq

prezidentden-nazirlere-
Oxunma sayı: 4297


“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat miqdarda, vəzifəli şəxslər dörd yüz manat miqdarda, hüquqi şəxslər min manat miqdarda cərimə ediləcək.

Prezidentin bununla bağlı imzaladığı fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar etdikləri tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlərin görülməməsi halları barədə Daxili İşlər Nazirliyini (DİN) məlumatlandırsınlar.