Prezidentdən polislərə xəbərdarlıq - “Sizi öldürdəcəm”

prezidentden-polislere-xeberdarliq
Oxunma sayı: 4227

Filippin prezidenti Rodriqo Duterte növbəti qalmaqalı ilə gündəmdədir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, müxtəlif cinayətlərdə ittiham olunan 102 polislə prezident sarayında görüşən Duterte onlara xəbərdarlıq edib.

O bildirib ki, adı cinayətə qarışan polislərin şəxsi işlərini bir-bir incələdikdən sonra onları izlədəcək. Əgər yenidən hər hansı xətaya yol versələr, bu dəfə öldürülmələri barədə təlimat verəcək: “Belə davam etsəniz, sizi, həqiqətən, öldürəcəyəm. Bundan sonra sizi izləyəcəklər. Ən xırda səhvinizdə öldürülməniz üçün təlimat verəcəm”. 

Polislərin ailələrinə də müraciət edən Duterte “Bunlar ölsə, “insan haqları” deyib bizə hirslənməyin. Çünki mən xəbərdarlığımı etdim” deyib. 

Qeyd edək ki, polislər korrupsiya, təcavüz, narkotik alveri kimi cinayətlərdə ittiham olunurlar.