Prezidentdən təbrik məktubu

prezidentden-tebrik-mektubu
Oxunma sayı: 1689

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm”.