Prezidentdən təbrik məktubu

prezidentden-tebrik-mektubu
Oxunma sayı: 670

Prezident İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Misir əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıram".