Prezidentdən təhsil müəssisələri ilə bağlı - Mühüm sərəncam

Prezidentdən təhsil müəssisələri ilə bağlı
Oxunma sayı: 5341

Prezident İlham Əliyev təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi