Prezidentdən turizmlə bağlı - Daha bir sərəncam

prezidentden-turizmle-bagli
Oxunma sayı: 653

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, qeyd olunur ki, sərəncama aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. bu Sərəncamın 4.10-cu bəndində nəzərdə tutulan Turizm Reyestrinin aparılma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin".