Prezidentdən yanğınla bağlı daha bir göstəriş

Prezidentdən yanğınla bağlı daha bir göstəriş
Oxunma sayı: 5298

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə bugünkü yanğında həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar da müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, artıq fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.

Həyata keçirilən tədbirlər Azərbaycan prezidentinin şəxsi nəzarətindədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi