Prezidentdən yeni- - Sərəncam

prezidentden-yeni-
Oxunma sayı: 3974


Prezident İlham Əliyev “Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo”nun xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilib, o cümlədən şəhərin su və kanalizasiya sistemi yenidən qurulub, “Cənub” İstilik Elektrik Stansiyası inşa edilib, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilib, avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şirvan şəhəri üzrə nəzərdə tutulmuş əlavə tədbirlərin həyata keçirilməsi, o cümlədən şəhərin Bayramlı qəsəbəsində inşa edilən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Bayramlı qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.