Prezidentə hücum etmək istəyən terrorçu saxlanılıb

prezidente-hucum-etmek-isteyen-terrorcu-saxlanilib
Oxunma sayı: 1320

İndoneziya prezidenti Coko Vidodoya qarşı hücum təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, ölkə başçısına hücum etmək istəyən 31 yaşlı Cemaa Anşarut Daula Penqqunq hava limanında saxlanılıb. Onun üzərindən 5 ədəd “Molotov Kokteyli” götürülüb. İstintaqın məlumatına görə, Daula yerli terrorçu qruplaşmasının üzvüdür və həmin təşkilat İŞİD-lə əlaqəlidir.

Aysel Kərimova