Prezidentə istefa vermək üçün 48 saat vaxt verildi

Prezidentə istefa vermək üçün 48 saat vaxt verildi
Oxunma sayı: 2051

CAR-da (Cənubi Afrika Respublikası) hakim Afrika Milli Kongresi (ANC) prezident Ceykob Zumaya istefaya getmək üçün 48 saat vaxt verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, əks halda dövlət başçısının vəzifəsindən kənarlaşdırılacağı bildirilib.

Daha öncə yerli mətbuatda prezidentin dövlət əmlakını mənimsəməsi ilə bağlı məlumat yayılıb. Bu qalmaqal səbəbindən istefaya gedəcəyi iddia olunur.

Qeyd edək ki, Zumanın səlahiyyət müddəti 2019-cu ildə başa çatır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi