Prezidentə qarşı sui-qəsd

prezidente-qarsi-sui-qesd
Oxunma sayı: 641

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı milli televiziyaya müsahibəsində məlumat verib. Məhəmməd əl-Maqrif sui-qəsd zamanı ölənlərin olmadığını bildirib. Onun sözlərinə görə, sui-qəsd yanvarın 5-də ölkənin cənubundakı Sebha rayonunda gerçəkləşib.

Prezidentin qaldığı otelə daxil olan silahlılar mühafizəçilərlə atışmağa başlayıblar. Məhəmməd əl-Maqrif silahlıların şəxsiyyətinin məyyənləşmədiyini deyib və onların sayını açıqlamayıb. O yalnız qeyd edib ki, 3 saat davam edən atışma səhər açılanda başa çatıb və insident zamanı üç mühafizəçi yaralanıb.