Prezidentə sui-qəsddə şübhəli bilinən müxalifətçi intihar etdi

prezidente-sui-qesdde-subheli-bilinen-muxalifetci-intihar-etdi
Oxunma sayı: 1948

Venesuelanın müxalifətçi siyasətçisi, prezident Nikolas Maduroya uğursuz sui-qəsd cəhdində ittiham olunan Fernando Alban Salazar intihar edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi Milli Kəşfiyyat Xidmətinə aparıldıqdan sonra özünə qəsd edib. Məlumatı ölkənin baş prokuroru da təsdiqləyib. 

Baş prokuror Tarek Vilyam Saabın sözlərinə görə, müxalifətçi vanna otağına buraxılması üçün izn istəyib və orada intihar edib. 

Ölən Salasarın vəkili isə bildirib ki, müştərisi depressiyada olmayıb: “O, qaydasında idi. Döyülməmişdi, lakin bir neçə dəfə dindirilmişdi və ona təzyiq olunurdu. Özünü öldürəcək həddə isə deyildi”.