“Qafqazinfo”nun məlumatına görə, Krakovedə saxlanılan şübhəlinin Polşanın Müstəqillik günündə Varşavada bir neçə partlayış törətməyi planlaşdırdığı deyilir. Bu məqsədlə evində əldəqayırma partlayıcı qurğular saxladığı bildirilir. Həmin şəxs artıq Varşavada terror törətmək istədiyini etiraf edib.
Prokurorluğun məlumatına əsasən, terroristin hədəfində parlament və prezident olub. Yaxın vaxtlarda Polşa hüquq mühafizə orqanlarının mətbuat konfransı keçirərək baş verən hadisənin təfərrüatları barədə məlumat verəcəyi güman edilir.