Prezidenti Akademiya ilə bağlı sərəncam verdi

prezidenti-akademiya-ile-bagli-serencam-verdi
Oxunma sayı: 637

Sərəncamda qeyd olunur ki, Təhsil Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 90 illiyi tamam olur.

Şərqdə ilk ali musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı vaxtdan etibarən Bakı Musiqi Akademiyası ötən müddət ərzində zəngin bir yol keçib və milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazıb. Ölkəmizdə görkəmli bəstəkarlar və ifaçılar nəslinin yetişdirilməsində onun xüsusi yeri var.