Dekabrın 18-nə keçən gecə Tələbani insult keçirib.
79 yaşlı Tələbani prezident postunu 2010-cu ilin noyabrından tutur.
Tələbani 1933-cü ildə İraqda anadan olub. Milliyətcə kürddür. 1958-ci ildə Bağdad Universitetinin hüquq fakültəsini bitirib.
“Kürdüstanın mübarizəsi”, “Kürdüstan” qəzetlərinin baş redaktoru olub. Süleymaniyyə Partiyasına, İraqın Kərkük, Süleymaniyyə və Hənək şəhərlərində kürd hərbi birləşmələrinə rəhbərlik edib./mediaforum.az/
1972-ci ildə İraqı tərk etməyə məcbur olan Tələbani Misir, Livan və Suriyada yaşayıb. 1977-ci ildə ölkəyə qayıdıb və Kürdüstan Vətənpərvərlər İttifaqının baş katibi seçilib.
1970-ci ildən ailəlidir. İki oğlu var.