Prezidentin əfvinə sığınanlar - Bu dəfə daha geniş miqyasda

Prezidentin əfvinə sığınanlar
Oxunma sayı: 3719

Novruz bayramında imzalanması gözlənilən əfv sərəncamı miqyasına görə daha böyük olacaq.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
 
Ə.Nuriyev bildirib ki, Komissiyada növbəti günlərdə daha bir neçə iclas keçiriləcək:

“Hələlik iki iclas keçirilib. Müraciətlərə baxılıb. Növbəti iclaslarda da daxil olan müraciətlər araşdırılacaq və müvafiq rəy hazırlanacaq. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir. Ona görə də hazırlanan rəy lkə rəhbərinə təqdim olunacaq”.


  
Ə.Nuriyevin sözlərinə görə, Əfv Komissiyasına müraciətlər məhkumlar, onların vəkilləri, ailə üzvləri tərəfindən daxil olur:

“Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, təhlillər aparılır. Həmçinin, zərərçəkmiş şəxsin narazı olub-olmadığı araşdırılır. Ümumilikdə, əfv siyahısına kimlər düşəcək bunu kimsə deyə bilməz. Biz yalnız bu və digər şəxslərlə bağlı məlumatları dinləyir və qərar hazırlanması ilə bağlı rəy veririk. Rəyin nəzərə alınıb-alınmaması cənab prezidentin səlahiyyətində olan məsələdir. Çünki bu, prezidentin müstəsna səlahiyyətlərinə aiddir”.

Komissiya üzvü 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı amistiya aktının qəbul edilə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi