Prezidentin ehtiyata buraxdığı general belə yola salındı - Foto

prezidentin-ehtiyata-buraxdigi-general-bele-yola-salindi
Oxunma sayı: 779

İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə mərasim keçirilib.

“Qafqazinfo”nun DSX-ya istinadən verdiyi xəbərə görə, mərasimdə general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunması barədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə görə Ali Baş Komandana minnətdarlıq edib.