“Prezidentin futboldan nəticə gözləməsi bizə əlavə stimul oldu” - Kriuşenko

prezidentin-futboldan-netice-gozlemesi-bize-elave-stimul-oldu
Oxunma sayı: 1726

Belarus milli komandasının baş məşqçisi İqor Kiuşenko Azərbaycan yığmasına Bakı Olimpiya Stadionunda 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, belaruslu mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 
 
- Qələbə qazanmaq bizim üçün vacib idi. Çünki rəhbərliyim altında komandamız çoxdan idi qələbə qazana bilmirdi. Hazırlıq zamanı topa nəzarət üzərində çalışırdıq. Oyunun əvvəlində bu, alınırdı. Lakin dəqiqələr ötdükcə gücümüz tükəndi. Digər tərəfdən rəqib pressinq tətbiq edirdi ki, bu da onların müdafiəsində boşluqların yaranmasını şərtləndirirdi. Ancaq qol epizodlarından lazımınca yararlana bilmədik. Həm də bizdə çempionat praktikası çox azdı. Bu da Azərbaycanın topa daha çox nəzarət etməsini şərtləndirirdi.
 
- Belarusda hokkeyə daha çox investisiya yatırılır. Bu yaxınlarda Belarus prezidenti Lukaşenko futboldan da nəticə gözlədiyini bildirdi. Bu sözlər sizə əlavə təzyiq göstərmədi?
- Xeyr, bu, əlavə stimul oldu. Ancaq yaxşı nəticə üçün yaxşı oyunçular lazımdı. İldən-ilə xarici klublara gedən oyunçuların sayı azalır. Bax, yeni nəsil yetişdikdən sonra nəticələrə də ümid etmək olar.