Prezidentin həyat yoldaşı polisə təslim oldu

prezidentin-heyat-yoldasi-polise-teslim-oldu
Oxunma sayı: 644

Dünyanın ən yaşlı dövlət başçısının həyat yoldaşı polisə təslim olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, gənc bir qadına hücumda ittiham olunan Zimbabvenin birinci xanımı Qreys Muqabe Cənubi Afrika polisinə təslim olub.

20 yaşlı Qabriella Engelsin söylədiyinə görə, o, Cənubi Afrikanın paytaxtı Yohannesburq şəhərindəki xəstəxanada Muqabenin oğluna dəydiyi üçün birinci ledi ona hücum edib, cangüdənləri isə hadisəni seyr ediblər.

Qeyd edək ki, 52 yaşlı Qreys Muqabe dünyanın ən yaşlı lideri, Zimbabve prezidenti 93 yaşlı Robert Muqabenin həyat yoldaşıdır.