Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim etdi - Foto

prezidentin-komekcisi-yeni-sedri-kollektive-teqdim-etdi
Oxunma sayı: 7209

Bu gün Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyevi kollektivə təqdim edib.
 
Bu barədə “Qafqazinfo”ya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Qeyd edək ki, prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev “ASAN Xidmət”in sədri təyin olunub.