Prezidentin kürəkənini güllələdilər

prezidentin-kurekenini-gullelediler
Oxunma sayı: 2768

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəninə silahlı hücum olub.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, ayağından üç güllə yarası alan Mindiya Qoqoçuri xəstəxanaya yerləşdirilib. Ona hücum edən şəxslərin kimliyi isə bilinmir.

Qeyd edək ki, bu, prezidentin qızının vətəndaş nigahında yaşadığı Qoqoçuriyə ilk hücum deyil. Ötən ilin yanvarında da Qoqoçuri Tiflisdə atışma zamanı yaralanmışdı. 

Faktla bağl cinayət işi açılıb.