Prezidentin məşuqəsi olduğu məlum oldu

prezidentin-mesuqesi-oldugu-melum-oldu
Oxunma sayı: 5088


Əfsanəvi amerikan aktrisa Merilin Monro ABŞ-ın sabiq prezidenti Con Kennedinin məşuqəsi olub və bu əlaqədən prezidentin xanımı Jaklinin xəbəri olub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, aktrisanın prezidentlə sevgi münasibətini Jaklinə etiraf etdiyi iddia olunur.  

İddianı amerikan jurnalist və yazıçı Kristofer Andersen “These few precious days: the final year of Jack with Jackie” (“O son dəyərli günlər: Cekin Jaklinlə son ili”) adlı kitabında irəli sürüb. 

Narkotik və içki aludəçisi olan Monro Jakmin Kennedi ilə əlaqə saxlayaraq prezidentlə birlikdə olduğunu və ərinin ailəsini ona görə tərk edəcəyini söyləyib. Jaklin isə bu sözlərin qarşılığında olduqca təəccüblü fikir bildirib: “Əla... O zaman sən Ağ Evə köçəcəksən və “First Lady”liyin vəzifələrini öhdəliyinə götürəcəksən. Mənsə burdan köçəcəyəm və bütün problemlər sənin olacaq”.

Müəllifin fikrincə, Con Kennedinin bir çox qadınla əlaqəsi olsa da, Jaklini ən çox Merilin narahat edib.