Prezidentin mühafizə dəstəsinə hücum - Filippində

prezidentin-muhafize-destesine-hucum
Oxunma sayı: 638

Filippində yaraqlılar prezidentin mühafizə dəstəsinə hücum ediblər.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, insident Kotabato əyalətində olub. Silahlıların hücumu nəticəsində 7 nəfər xəsarət alıb. Bildirilir ki, mühafizəçilər prezindet Rodriqo Dutertenin Kaqayan-de-Oro şəhərinə səfərindən əvvəl təhlükəsizliyi yoxlamaq üçün gedirlərmiş.

Aysel Kərimova