Prezidentin mükafatlandırdığı qız ƏSA-nın aktrisasıdır - Sol tərəfi iflicdir

Prezidentin mükafatlandırdığı qız ƏSA-nın aktrisasıdır
Oxunma sayı: 4474

Ötən gün Prezident İlham Əliyev 2018-ci Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gəncə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilib. 

"Qafqazinfo" xəbər verir ki, onlardan biri də ƏSA Teatrının aktrisası Gülnar Əlfidatlıdır. 

Gülnar Əlfidatlı ölkəmizin əlillliyi olan aktyorlardan ibarət olan ilk və tək inklüziv ƏSA Teatrında 2017-ci ilin mart ayından etibarən fəaliyyətə başlayaraq, mədəniyyət sahəsində ilk addımlarını atmağa başlamışdır. 

Anadangəlmə fiziki məhdudiyyəti olan (sol tərəfi iflicdir) Gülnar, Prezident Mükafatı almasıyla bağlı bunları deyib:

“ƏSA-ya gələndən sonra həyatım çox dəyişdi. Burada olduğum üçün və bu teatrın heyətini tanıdığım üçün çox xoşbəxtəm. Yaxşı ki, ƏSA-nı tanıdım. Çox şanslıyam ki, bu teatr qapılarını mənə açdı. Bu mükafatdan sonra həyata çox bağlandım və insanlara, insanlığa güvənim artdı. Çalışacağam ki, məndə mənə göstərilən etimadı doğruldum. Hər zaman gənclərin yanında olan cənab İlham Əliyevə sonsuz təşəkkülərimi bildirirəm”. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi