Prezidentin müşavirinə daha bir hökm oxundu

prezidentin-musavirine-daha-bir-hokm-oxundu
Oxunma sayı: 646

“Media forum” saytı xəbər verir ki, İran prezidenti Mahmud Əhmədinejadın mətbuat üzrə müşaviri, “İrna” xəbər agentliyinin icraçı direktoru və “İran” qəzetinin rəhbəri Əli Əkbər Cavanfikr 6 aylıq həbs cəzasına məhkum olunub. Bu, 3 ay ərzində Cavanfikrə kəsilən üçüncü hökmdür.

2011-ci ilin noyabrın 20-də Tehran məhkəməsi Cavanfikri 1 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda onun media sahəsindəki fəaliyyətinə 3 il qadağa qoyulub. Tehran məhkəməsinin bu qərarı Cavanfikrin islahatçı “Etimad” qəzetinə verdiyi müsahibəsindən bir gün sonraya təsadüf edib. Cavanfikr həmin qəzetə müsahibəsində Əhmədinejadın hakimiyyət daxilindəki müxaliflərini və onların siyasətini kəskin tənqid etmişdi.

2012-ci ilin yanvar ayının ortalarında Cavanfikr İranın dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu işin detalları məxfi saxlanıb.

Bu hökmlərə baxmayaraq Cavanfikr azadlıqdadır. İran prezidenti onun həbs olunmasına imkan vermir.