Prezidentin nənəsi avtomobil qəzasına düşdü

prezidentin-nenesi-avtomobil-qezasina-dusdu-
Oxunma sayı: 637

ANS PRESS-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Barak Obamanın nənəsinin əyləşdiyi avtomobil qəza nəticəsində aşıb. Həkimlərin məlumatına görə, Sara Obama yalnız yüngül xəsarətlərlə canını qurtara bilib.

Sara Obamanın qohumlarından birinin verdiyi məlumata görə, qəza nənənin yaşadığı Koqelo kəndi yaxınlığında baş verib. Sürücü yük maşını ilə toqquşmadan yayınmağa çalışsa da avtomobilin idarəetməsini itirib və maşın aşaraq çevrilib.

Qeyd edək ki, Sara Barak Obamanın babasının ikinci arvadıdır. ABŞ prezidenti xatirələrində Sara Obamanı ilk dəfə 1988-ci ildə Keniyaya səfər edən zaman gördüyünü yazır.