Prezidentin nəvəsinə toyunda Quran hədiyyə olunacaq

prezidentin-nevesine-toyunda-quran-hediyye-olunacaq
Oxunma sayı: 640

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qazaxıstan Müsəlmanlar İttifaqının sədri Murad Telibekov prezidentin kiçik nəvəsi Aysultan Nazarbayevə toyunda müqəddəs Quranı hədiyyə etməyi təklif edib.

Onun sözlərinə görə, Qazaxıstanın gələcəyi artıq gənclərdən asılı olacaq. Müqəddəs kitablarda olan müdrik sözlər isə gəncliyin yeni qərarlar verməsində və həyatını dəyişdirməsində böyük rol oynayacaq.

Qeyd edək ki, 23 yaşlı Aysultan məşhur biznesmen Kayrat Boranbayevin 20 yaşlı qızı Aliya Boranbayevlə ailə quracaq.

Aynur