Prezidentin oğlu məzun oldu

prezidentin-oglu-mezun-oldu-
Oxunma sayı: 5468


Türkiyə prezidenti Abdullah Gül və xanımı Hayrunnisa Gül oğulları Mehmet Əmrə Gülün Harvard universitetinin bitirməsi ilə bağlı keçirilən mərasimə qatılıblar.

Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, mayın 29-da ABŞ-ın Boston şəhərindəki “Mandarni” otelində keçirilən tədbir  universitetdə davam edib.

Abdullah Gül və xanımı tədbirdə ABŞ-ın keçmiş prezidenti Corc Buşun xanımı Barbara Buşla yanaşı oturublar.

Tədbirdə ABŞ-ın keçmiş prezidenti Corc Buş, müğənni Aretna Franklin, iqtisadçı Cozef Stiglitz, sənətşünas Seymur Slive, yazıçı İsabel Allende və Nyu-Yorkun bələdiyyə başçısı Mixael Bloobergə Harvard Universitetinin fəxri doktor Adı təqdim edilib.