Prezidentin oğlu terrorda ittiham olundu

prezidentin-oglu-terrorda-ittiham-olundu
Oxunma sayı: 631

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ölkəni tərk edən istefada olan polkovnik Vladimir Borodaç iddia edir ki, partlayışda Belarus xüsusi xidmət orqanlarının, xüsusilə də ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edən Lukaşenkonun oğluna tabe olan xüsusi qrupun əli var. Onun sözlərinə görə, Minskdə baş verən partlayış Viktor Şeymanı TŞ-nın dövlət katibi vəzifəsindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Hansı ki, həmin vaxtlarda Lukaşenkoya real rəqabət yarada bilərdi.

Şeymana partlayışdan bir gün əvvəl yüksək vəzifəli qonağı müşayiət etmək tapşırılmış, lakin partlayışından sonra onu yerində olmadığı üçün ittiham etdilər.

Xatrıladaq ki, Belarus Ali məhkəməsi Dmitri Konavalov və Vladislav Kovalevanı noyabrın 30-da Minsk metrosunda baş verən terrorda günahlandıraraq onlara ölüm cəzası vermişdi. Lakin onların günahsız olduqlarına çoxları, o cümlədən ekspertlər də inanmırlar.

Səidə