Prezidentin qardaşı narkoticarətdən saxlanıldı

prezidentin-qardasi-narkoticaretden-saxlanildi
Oxunma sayı: 2578

Hondurasın hazırki prezidenti Xuad Orlando Ernandesin qardaşı ABŞ-ın Mayami şəhərində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsi rəhbərinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, prezident Ernandes situasiyadan xəbərdardır, lakin ona hər hansı təsir etmək fikrində deyil:

“Prezident və onun hökuməti vətəndaş Xuan Antonio Ernandeslə bağlı məsələdə öz mövqeyində qalır. Belə ki, hər bir honduraslı hərəkətlərinə görə özü məsuliyyət daşımalı və bu məsuliyyət heç bir zaman digərinin üzərinə qoyulmamalıdır”. 

Bəyanatın mətnində prezidentin qardaşının saxlanılma səbəbi açıqlanmır. Lakin yerli mətbuat onun narkotik ticarəti ilə əlaqəsinin ola biləcəyini yazır. 

Prezidentin qohumu artıq Mayamidən Nyu-York məhkəməsinə aparılıb.