Prezidentin qızı “Ədibin evi”ndə - Babasına həsr etdiyi şeirləri oxudu+ Fotolar

Prezidentin qızı “Ədibin evi”ndə
Oxunma sayı: 4539

Mayın 16-da İçərişəhərdə “Ədibin evi”ndə Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, mərhum prezidentin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbiri açan əməkdar Artist Nərgiz Cəlilova Azərbaycan söz sənətinin parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb.

Mərasimdə Ulu Öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş “Heydər Əliyev və incəsənət” adlı film nümayiş etdirilib.

Tədbirdə Leyla Bəşirova “Zərifə sevgisi – Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) və “Elegiya” (Müslüm Maqomayev), Ayla Qafqazlı “Sevgili canan” və “Sənsiz” (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva “Sənə də qalmaz” (Tofiq Quliyev), Fikrət Əliyev “Küçələrə su səpmişəm” (xalq mahnısı) və “Leyla” (Rauf Hacıyev), Canəli Canəliyev “Ayağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər.

Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub.

Tədbir Süleyman Mahmudovun ifasında “Azərbaycan” mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi