Prezidentin qızı ilə kürəkəni məşhur seriala çəkilibmiş...

prezidentin-qizi-ile-kurekeni-meshur-seriala-cekilibmis
Oxunma sayı: 756

İvanka Tramp və həyat yoldaşı Cared Kuşner ABŞ prezidenti Donald Trampın administrasiyasında vəzifə aldıqdan sonra dünyada ən çox müzakirə olunan cütlüklərdən birinə çevrilib. 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən xəbərinə görə, onlara olan maraq o qədər böyükdür ki, sosial şəbəkə istifadəçiləri ər-arvadın 2010-cu ildə “Gossip girl” serialında çəkildiyinə dair paylaşımlar etməyə başlayıblar. 

Bleyk Layvli, Leytor Mister, Penn Becli, Ceys Krouford, Ed Vestvikin rol aldığı teleşou 2007-2012-ci illərdə yayımlanıb və Tramp-Kuşner cütlüyü serialda qonaq qismində iştirak ediblər.