Prezidentin qızı səfir göndərilir

prezidentin-qizi-sefir-gonderilir
Oxunma sayı: 636

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Esixide Suqa bildirib.

Onun sözlərinə görə, təyinat haqqında hələ ki, heç bir rəsmi məlumat açıqlanmayıb: “Düşünürəm ki, bu böyük hadisə olacaq və bizim ABŞ-la olan əlaqələrimizi genişləndirəcək".

Bir müddət öncə hakim Demokratlar Partiyası məlumat yayıb ki, 55 yaşlı Kerolayn Kennedi artıq bu posta təsdiqlənib. Təyinat rəsmiləşdiyi halda Kerolayn Kennedi ABŞ-ın Yaponiyadakı ilk qadın səfiri olacaq.

Qeyd edək ki, Con Kennedi 1963-cü ildə qətlə yetirilən zaman Kerolaynın 5 yaşı olub. O, hüquq təhsili alsa da, yazıçı və bir sıra qeyri-kommersiya təşkilatlarının rəhbəri kimi tanınır. Xanım Kennedi prezident Barak Obamanı 2008-2012-ci il seçki kampaniyalarında aktiv şəkildə dəstəkləyib. O, Nyu-York senatoru olmaq uğrunda mübarizəyə qoşulub, lakin son anda namizədliyini geri çəkib.

Məlumat üçün bildirək ki, hazırda ABŞ-ın Yaponiyadakı səfiri postunu Kaliforniyadan olan keçmiş biznesmen və Obamanın yaxın dostu Con Rus tutur.