Prezidentin qızına orden verildi- - Fotolar

prezidentin-qizina-orden-verildi-
Oxunma sayı: 2933


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təqdim edilib. “Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, dekabrın 20-də Rusiya Federasiyasının Həştərxan vilayəti qubernatorunun Administrasiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təntənəli şəkildə təqdim edilib. Leyla Əliyevaya ordeni Həştərxan və Qamızyaq mitropoliti İona təqdim edib.

Mərasimdə Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, vilayət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill 2013-cü il 1 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə görə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. 

Bu təltifin yüksək statusu onunla təsdiq edilir ki, həmin ordenlə kilsə, dövlət və cəmiyyət qarşısında müxtəlif sahələrdə xidmətləri olmuş qadınlar təltif edilir. İndiyədək Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, böyük knyaginya Mariya Romanova bu ordenə layiq görülüb.