Prezidentin qızının iddiası təmin edilmədi

prezidentin-qizinin-iddiasi-temin-edilmedi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, iddiaçı, saytda yayımlanan bir məqalədə atasının diktator, özünün isə Özbəkistanın “imicini yumaq” cəhdində ittiham edilməsinə qarşı 30 min avro tələb edib. Nəticədə iddialar təmin edilməyib. Paris məhkəməsi nəşrin böhtan xarakteri daşımadığı və kompensasiya ödəmək üçün də heç bir əsasın olmadığı nəticəsinə gəlib.

Xatırladaq ki, Lalə Kərimovanın cəzalandırmaq istədiyi fransız saytındakı məqalə bir il əvvəl çıxıb. Məqalədə Özbəkistan prezidentinin qızları Gülnarə və Lalənin də iştirak etdikləri xeyriyyə tədbirlərindən bəhs edilib. Məqalədə, həmçinin iddia edilib ki, prezidentin kiçik qızının təşəbbüsü ilə yaradılmış "Özbəkistan 2020" fondunun açılışı münasibəti ilə təşkil edilən xeyriyyə tədbirlərinin birində italyan aktrisası Monika Beluççiyə dəvət üçün 190 min avro ödənilib. "Rue89" jurnalistləri özbək prezidentinin qızına fransız məhkəmə sisteminin imkanlarından sui-istifadə etmək cəhdində qarşılıqlı iddialar qaldırsalar da məhkəmə iddiaçıların hərəkətlərində pis niyyətin olmadığını və kompensasiyaların ödənməsi tələbini rədd edib.

Səidə Teyyubqızı