Prezidentin qızları ən nüfuzlu qadınlar - Siyahısında

prezidentin-qizlari-en-nufuzlu-qadinlar-siyahisinda
Oxunma sayı: 1433

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ilk pillədə prezidentin böyük qızı Dariqa Nazarbayeva qərarlaşıb. Qırx doqquz yaşlı D. Nazarbayeva parlamentin sosial-mədəni inkişaf komitəsinin sədridir.

Nazarbayevin kiçik qızı Aliyə isə siyahıya uyğun olaraq ölkənin ən nüfuzlu altıncı qadını seçilib. Otuz üç yaşlı A. Nazarbayeva “Elitstroy” tikinti şirkətinin direktorlar şurasının sədridir.

Qeyd edək ki, reytinq 100-ə yaxın ekspertin, siyasətçi, jurnalist, iqtisadçı, sosioloq, ictimai xadimlərin iştirakı ilə keçən sorğunun nəticələrinə uyğun olaraq hazırlanıb.