Prezidentin Radanı buraxacağını eşidib halı pisləşdi - Deputat xəstəxanalıq oldu

prezidentin-radani-buraxacagini-esidib-hali-pislesdi
Oxunma sayı: 1589

Vladimir Zelenskinin inauqurasiya çıxışı zamanı Ukrayna Ali Radasının “Petro Poroşenko bloku” fraksiyasından olan deputatı Nikolay Palamarçukun halı pisləşib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, olay Zelenskinin çıxışında Ali Radanı buraxacağını elan etdiyi an yaşanıb. 

Deputatın qəfildən təzyiqi yüksəlib. Nəticədə həmkarları təcili yardım çağırmalı olublar və millət vəkili araba ilə parlament binasından çıxarılıb. 

Hazırda xəstəxanada olan deputatın hipertenziyalı böhranı olduğu bildirilib.