Prezidentin satıcı ilə söhbəti - Video

prezidentin-satici-ile-sohbeti
Oxunma sayı: 6112

Bu gün  Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin- Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. 

“Qafqazinfo” xəbər verir ki, daha sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəlib, alıcılar və satıcılarla söhbət edib.

Qarabağ müharibəsi əlili Məzahir Orucov: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Şəhid anası Səyyarə Nəzərova: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, necəsiniz?

Səyyarə Nəzərova: Çox sağ olun, Allah Sizdən, dövlətimizdən razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz çox yaxşı dövlətdir. Çünki hər yerdə əmin-amanlıqdır, hamı qayğımızı çəkir, çox sağ olun.

Məzahir Orucov: Cənab Prezident, biz Qarabağ qaziləri Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.

Prezident İlham Əliyev: Ticarət necə gedir?

Səyyarə Nəzərova: Çox yaxşı, şükür Allaha, hər günümüzə min şükür.

Prezident İlham Əliev: Məhsulların neçə faizi yerli mallardır?

Satıcı: Demək olar ki, 90 faizi.

Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.