Prezidentin tərəfdarları parlamentə hücum edib - Yaralananlar var

prezidentin-terefdarlari-parlamente-hucum-edib
Oxunma sayı: 644

Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları parlamentə hücum edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı parlamentin 4 əməkdaşı yaralanıb, binaya isə maddi ziyan dəyib.

Məlumata əsasən parlamet işçiləri Konstitusiya Assambleyasının çağırılmasına qarşı aksiya keçirən zaman prezident tərəfdarlarının hücumuna məruz qalıblar.

Qeyd edək ki, aprel ayından başlayan etiraz aksiyaları zamanı 75 nəfər dünyasını dəyişib, 1000-dən çox insan isə xəsarət alıb.