Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir

prezidentin-unvanina-tebrikler-gelmekde-davam-edir
Oxunma sayı: 1114

BP şirkətinin baş icraçı direktoru Robert Dadli İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:
 
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BP şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını arzulayıram.

Müasir müstəqil Azərbaycan çox qısa bir müddət ərzində özünü regionun güclü dövlətlərindən birinə çevirə bilib. BP şirkəti olaraq biz Azərbaycanın dünyanın aparıcı neft və qaz istehsal edən ölkələrindən birinə çevrilməsinə göstərdiyimiz dəstəyə görə iftixar hissi duyuruq. Ölkənizlə olan bu tərəfdaşlığımızı gələcəkdə də uzun müddət davam etdirmək arzusundayıq. Sizə ən yüksək ehtiramımı bildirirəm. Cənab Prezident, yaxın vaxtlarda Sizinlə görüşməyə ümidvaram”.

***

Estoniya prezidenti Kersti Kalyulaydan:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolunda birgə çalışmağa davam edəcəyik. Mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycan Respublikasının və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.